FHN-dən əhaliyə XƏBƏRDARLIQ
    • 5-03-2019, 11:02
    • 765

FHN-dən əhaliyə XƏBƏRDARLIQ

“Qaydalara biganəlik - həyatımıza təhlükədir!”

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

FHN-dən News24.az-a verilən məlumatda bildirilir ki, hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir:

“Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır.

Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!”