Şinləri tonqala atmaq olmaz – FHN-dən Xəbərdarlıq
    • 19-03-2019, 15:10
    • 779

Şinləri tonqala atmaq olmaz – FHN-dən Xəbərdarlıq

Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz. Bu, ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, yanğın təhlükəsi də yaradır. 

News24.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib. "Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tövsiyə olunur ki, vətəndaşlarımız tonqal yandıran zaman avtomobil şinlərindən yox, odun materiallardan istifadə etsinlər. Onun söndürülməsi də asandır. Tonqal qalanmazdan əvvəl vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır" deyə bildirib.