-
- 4-08-2023, 22:29
- 310
Mingəçevir su anbarında batanların şəxsiyyəti məlum oldu
Mingəçevir su anbarında boğularaq dünyasını dəyişənlərin şəxsiyyəti dəqiqləşib.
News24.az "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Yevlax rayon sakinləri, 2006-cı il təvəllüdlü Onur Oruclu və 2007-ci il təvəllüdlü Hüseyn Qurbanovdur.
Qeyd edək ki, batan hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.