Mingəçevir su anbarında batan şəxslərin meyiti tapıldı
    • 4-08-2023, 21:56
    • 273

Mingəçevir su anbarında batan şəxslərin meyiti tapıldı

Avqustun 4-də Mingəçevir su anbarında 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan hər iki şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.