FHN Mingəçevir su anbarında batan şəxslə bağlı məlumat yaydı
    • 23-08-2021, 18:55
    • 347

FHN Mingəçevir su anbarında batan şəxslə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində, Mingəçevir su anbarında (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə News24.az FHN-ə istinadən xəbər verir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.