Rusiyanın kimyəvi tankeri vuruldu -FOTO
    • 5-08-2023, 11:52
    • 118

Rusiyanın kimyəvi tankeri vuruldu -FOTO

Ötən gün Rusiya donanmasına hücum edən Ukrayna qüvvələri bu gün pilotsuz uçuş aparatları ilə Rusiya kimyəvi tankerini vurub. 

News24.az "TASS"-a istinadla xəbər verir ki, Rusiya tankerdə maddi ziyan olduğunu açıqlasa da, Krım körpüsündə hərəkət bir müddət dayanıb. Qara dənizdə 24 saat ərzində həyata keçirilən ikinci hücum Ukraynanın dəniz müharibəsində özünü göstərmək cəhdi kimi şərh edilib.

Rusiya Dəniz Agentliyi tankerin mühərrik otağının zədələndiyini və su xəttinin yaxınlığında çuxur olduğunu bildirib. Hadisə nəticəsində ölən və yaralananların olmadığı vurğulanıb.

11 nəfərin olduğu tankerdən yanacaq tökülmədiyini açıqlanıb. “Moskva Tayms” qəzeti yazıb ki, tanker Suriyada Əsədi dəstəkləyən Rusiya qüvvələrini təyyarə yanacağı ilə təmin etdiyinə görə ABŞ-ın sanksiyaları altında olub.

Aydan