Əli Əsədov daha bir qərar İMZALADI
    • 5-08-2023, 13:15
    • 395

Əli Əsədov daha bir qərar İMZALADI

Nazirlər Kabineti “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında 14 mart 2017-ci il tarixli qərarında dəyişiklik edilməsi barədə 2 fevral 2021-ci il tarixli qərarında dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, vəkillərin və vəkil qurumlarının Vəkillər Kollegiyasına ödənişləri elektron qaimə-fakturanın təqdim edilməsindən azad olunub.