Xirosima faciəsindən 78 il ötür...
    • 5-08-2023, 13:20
    • 203

Xirosima faciəsindən 78 il ötür...

Minlərlə insanın ölümünə səbəb olan dünyada ilk atom bombası hücumunun 78-ci ildönümü Xirosimada keçiriləcək mərasimlə qeyd olunacaq.

News24.az xəbər verir ki, avqustun 6-da Xirosima Sülh Memorial Parkında keçiriləcək ənənəvi mərasimdə həlak olanların yaxınları, siyasətçilər və 110 ölkədən rekord sayda nümayəndə iştirak edəcək.

Bəzilərinin Yaponiyanın ABŞ-ın ürəyinə vurduğu, digərlərinin isə güc nümayişi kimi şərh etdiyi “Perl Harbor” hücumunun qisası kimi gördükləri dünyanın ilk atom bombası hücumu İkinci Dünya Müharibəsinin sonunda reallaşdı. ABŞ ilk dəfə Yaponiyaya qarşı nüvə silahından istifadə etdi.

Yaponiya 1945-ci il iyulun 10-da Almaniyanın Potsdam şəhərində müttəfiqlərin o zamankı liderləri, ABŞ prezidenti Harri Trumenin, Sovet lideri İosif Stalin və İngiltərənin baş naziri Çörçilin iştirak etdiyi toplantıya Sovet İttifaqı vasitəsilə elçi göndərmək istəyirdi, lakin müttəfiqlər imtina etdi. Müttəfiqlərin 1945-ci il iyulun 26-da Yaponiyaya qarşı müharibəni dayandırmaq çağırışı bu dəfə Yaponiya tərəfindən rədd edildi. Təxminən 10 gün sonra təşkil olunacaq atom bombası hücumlarında Yaponiyanın münasibəti həlledici rol oynadı. 

Franklin Ruzveltin ölümündən sonra prezident olan Harri Truman vaxt itirmədən atom bombasının atılması prosesinə başlamışdı . İddiaya görə, 1945-ci ilin may ayından etibarən mümkün nüvə hücumu hədəfləri arasında 4 şəhərə edilən hava hücumları dayandırılmış və müharibədən qaçan yapon xalqının atom bombasının hədəfi olacaq şəhərlərə köç etməsinə icazə verilmişdir.

Aydan