-
- 5-08-2023, 15:04
- 217
İsveç Quranın yandırılması ilə bağlı mövqeyini açıqladı
İsveç xarici işlər naziri Billström Quranın yeni yandırılmasından sonra İƏT səfirləri ilə görüşüb.
News24.az "TASS"-a istinadla xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström krallıqda Qurana qarşı təxribat xarakterli hərəkətlər fonunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri ilə danışıqlar aparıb.
Agentliyin məlumatına görə, tədbir çərçivəsində diplomat Stokholmun bu cür nümayişlərlə bağlı mövqeyini izah edib:
“Etibarı bərpa etmək yavaş bir prosesdir. Mandatımın əhəmiyyətli hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Mən bu ölkələrə səfər etmək niyyətindəyəm və artıq sentyabr ayında biz onları Nyu-Yorkda BMT -nin Baş Assambleyanın yüksək səviyyəli sessiyası həftəsi çərçivəsində danışıqlara və dialoqa dəvət edəcəyik ”, - Billström İƏT səfirləri ilə görüşdən sonra deyib.
O əlavə edib ki, İsveç hakimiyyəti Qurana zidd hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billström səfirlərlə görüşün müsbət yöndə keçdiyini vurğulayıb.
Aydan