Məşhur milyonçu iğtişaşlar törətməkdə ittiham olunaraq SAXLANILDI
    • 5-08-2023, 17:06
    • 587

Məşhur milyonçu iğtişaşlar törətməkdə ittiham olunaraq SAXLANILDI

Məşhur "Twitch" yayımçısı Kai Senat Nyu Yorkda izdiham yaratdıqdan sonra polis tərəfindən saxlanılıb. 

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. 

Kai və onun həmkarı Fanum cümə günü pərəstişkarlarına pulsuz oyun konsolları, kompüterlər, qulaqlıqlar, klaviaturalar, oyunçu kresloları və hədiyyə kartları verəcəyinə söz veriblər.  

Nyu-York polisinin məlumatına görə, elan edilən vaxta qədər minlərlə insan bir araya toplaşıb, dava düşüb, toplaşanlar polisə yanan fişənglər atmağa başlayıblar. 

Kai Senat polis bölməsinə aparılıb. O, iğtişaşlar törətməkdə və icazəsiz toplantı təşkil etməkdə ittiham olunur.

Hadisə zamanı ümumilikdə 30-u azyaşlı olmaqla 65 nəfər saxlanılıb

Qeyd edək ki, məşhur "Twitch" platformasında Kai Senatın 6,5 milyon, Instagram-da 5,5 milyon abunəçisi var.
Günəş Mərd