-
- 17-05-2022, 14:51
- 345
Azovstal zavodundan 264 ukraynalı əsgər təxliyə edilib
Rusiyanın mühasirəsində olan Azovstal zavodundan 264 ukraynalı əsgər təxliyə edilib
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Mariupol şəhərində Rusiya ordusuna qarşı müqavimət simvoluna çevrilən “Azovstal” zavodundan 53-ü ağır yaralanan ümumilikdə 264 ukraynalı əsgər təxliyə edilib.
Bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar açıqlama verib.
Nazir müavini Maliar təxliyə edilənlərdən 53-nün ağır yaralandığını və Novoazovsk vilayətindəki hərbi xəstəxanaya, 211 əsgərin isə Olenivkaya aparıldığını bildirib. Fabrikdəki digər əsgərlərin təxliyyəsi üçün işlərin davam etdiyini qeyd edən Maliar, 264 yaralı Ukrayna əsgərinin əsir düşən rus əsgərləri ilə dəyişdiriləcəyini bildirib.
Fabrikdə olan qadınlar, uşaqlar və qocalar təxliyə edilib.
Qeyd edək ki, müharibə başlayandan bəri minlərlə dinc sakinin sığındığı Azovstal 2 aya yaxındır Rusiya qüvvələrinin nəzarəti altındadır. 10 gün əvvələ qədər qida, su və dərman qıtlığının yaşandığı polad fabrikində olan qadınlar, uşaqlar və qocalar Birləşmiş Millətlər Təşkilatı və Qızıl Xaç Cəmiyyətinin koordinasiya etdiyi və mayın 7-də başa çatan əməliyyatla təxliyə edilib.