Bu ölkədə Teleqram bloklandı
    • 6-08-2023, 18:15
    • 137

Bu ölkədə Teleqram bloklandı

İraqda Teleqram bloklanıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, İraqın Rabitə Nazirliyi açıqlamasında belə bir qərarın vətəndaşların şəxsi məlumatlarının və ölkənin milli təhlükəsizliyinin qorunması məqsədilə qəbul edildiyini bildirib.

Məlumatda vurğulanır ki, Teleqram idarəedici şirkətinə dəfələrlə rəsmi dövlət qurumlarının və iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etmək təklif edilib.

Lakin Teleqram rəhbərliyi bunu qəbul etməyib. 

Günəş Mərd