Talibandan qızlara daha bir QADAĞA
    • 7-08-2023, 16:13
    • 190

Talibandan qızlara daha bir QADAĞA

2021-ci ildə Əfqanıstanın idarəçiliyini yenidən ələ keçirən Taliban qadınlara tətbiq etdiyi məhdudiyyətlərə yenisini əlavə edib.

News24.az “BBC”-ə istinadla xəbər verir ki, Taliban Qəzni əyalətində 10 yaşdan yuxarı qızların təhsil almasına qadağa qoyub.

Talibanın idarə etdiyi Təhsil Nazirliyi məhdudiyyət barədə məktəb direktorlarına məlumat verib.

Bildirilib ki, Taliban rəsmiləri direktorlara 3-cü sinifdən yuxarı olan qızları evlərinə göndərməyi tapşırıb.

Aydan