Madurodan Quranın yandırılmasına reaksiya
    • 7-08-2023, 16:30
    • 164

Madurodan Quranın yandırılmasına reaksiya

Venesuela prezidenti Nikolas Maduro Avropa liderlərinin və bəzi KİV-lərin İsveç və Danimarkada Quran yandırılmasına reaksiya verməməsini pisləyib.

News24.az “haber7”-ə istinadla xəbər verir ki, Venesuela lideri Nikolas Maduro “ Al Mayadeen” kanalında yayımlanan “Maduro və daha çoxu ilə” verilişində çıxış edərək, Avropada müqəddəs kitabların yandırılmasına göz yumanların da bu işin bir parçası olduqlarını deyib.

Medianı məsələni işıqlandırmadığına görə tənqid edən Maduro əlavə edib ki, o, müsəlmanlara qarşı nifrət cinayətlərini və Avropada Quranı yandıran həddindən artıq sağçı və irqçi dairələrin fəaliyyətini qəti pisləyir.

Maduro, "Bir xristian olaraq özümə sual verirəm ki, İncil başqa bir ölkədə yandırılsa, biz xristianlar necə hiss edərdik? Biri bunu etsə, çox kədərlənərdik və böyük bir təhqir olardı”- deyib. 

Aydan