Maduro Trampı onu öldürtmək istəyində olmaqda günahlandırıb
    • 30-01-2019, 11:10
    • 759

Maduro Trampı onu öldürtmək istəyində olmaqda günahlandırıb

Venesuella prezidenti Nikolas Maduro ABŞ prezidenti Donalt Trampa qarşı iddia irəli sürüb.

News24.Az xəbər verir ki, Maduro Trampı onu Kolumbiya hökumətinə öldürmək üçün göstəriş verməkdə günahlandırıb. 
O, bildirib ki, əgər hər hansı sui-qəsdlə qarşılaşarsa, buna cavabdeh ABŞ və Kolumbiyadır:

"Şübhəm yoxdur ki, Tramp məni öldürmələri üçün Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına göstəriş verib"!
Bunun yanında, Maduro qeyd edib ki, onu Allah və Venesuella milləti qoruyur.
Maduro daha əvvəl bildirmişdi ki, ABŞ-ın əsas hədəfi Venesuelladır.

Azər NƏSİBOV