-
- 5-08-2023, 12:14
- 206
Tramp bu ölkənin prezidentini aradan götürmək istəyib: SUİ-QƏSD
2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya qarşı sui-qəsd təşkil edib.
News24.az xəbər verir ki, bu barədə Venesuela Milli Qvardiyasının 86-cı ildönümünü qeyd edərkən Maduro məlumat verib.
“Bu gün imperializm və onun əlaltılarının öz sərhədlərini keçərək məni öldürmək və bununla da inqilabı sındırmaq istəməsindən beş il ötür. Onlar bolivar xalqının qüdrətini məğlub edə bilmədilər və heç vaxt da bacarmayacaqlar”, - Nikolas Maduro özünün Twitter səhifəsində Donald Tramp tərəfindən təşkil olunduğunu söylədiyi sui-qəsd cəhdlərini şərh edərkən yazıb.
Maduro bildirib ki, ABŞ prezidenti, Ağ Ev və hökumət 2018-ci ildə Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santosa açıq şəkildə terror qruplaşmasının təlimlərini maliyyələşdirməyi əmr edib.
Məlumdur ki, 2018-ci ildə Nikolas Maduro yaxınlığında pilotsuz uçan aparat partlayıb. Bu, onun Karakasda çıxışı zamanı baş verib. Lakin Venesuelanın ali rəhbərliyinin üzvləri xəsarət almayıb.
Venesuelanın hazırkı prezidentinin o zaman qeyd etdiyi kimi, sui-qəsd cəhdində Venesuelanın ifrat sağçı və Kolumbiyanın ifrat sağçı qüvvələri iştirak edirdi. Maduro həmçinin iddia edib ki, bütün əməliyyat Trampın icazəsi ilə ABŞ tərəfindən maliyyələşdirilib.
Arzu