Trampın 2 şəxsi mühafizəçisi saxlanıldı - MADURODAN AÇIQLAMA
    • 5-05-2020, 10:28
    • 682

Trampın 2 şəxsi mühafizəçisi saxlanıldı - MADURODAN AÇIQLAMA

Venesuela Prezidenti Nikolas Maduro silahlı dəniz hücumunda saxlanılanlar arasında ABŞ prezidentinin şəxsi mühafizəçisi adlandırdığı iki Amerika vətəndaşının olduğunu bildirib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, bu barədə saxlanılardan biri ilkin ifadəsində deyib.

Qeyd edək ki, bazar günü Venesuelanın daxili işlər naziri Nestor Reverol, ölkənin şimalındakı La Quayra əyaləti tərəfindən Kolumbiya hərbçilərinin dəniz hücumunun qarşısını aldığını söyləyib.

Prezident Nikolas Maduro bu hücumun məqsədinin onu öldürmək olduğunu bidirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, yaraqlılar sürət qayıqlarında ölkəyə daxil olmağa cəhd göstəriblər.

Milli Konstitusiya Məclisinin sədri Diosdado Kabello, 8 hücumçunun öldürüldüyünü, ikisinin isə tutulduğunu açıqlayıb. O, saxlanılanlardan birinin ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin agenti olduğunu qeyd edib.

Daha sonra isə səkkiz məhbusun olduğu məlumolub.