-
- 8-08-2023, 13:22
- 352
Narkobaron dəstəyə 21 il 6 ay cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi də təqsirləndirilən Səxavət Məmmədov və Cavidan Şuəükürzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Səxavət Məmmədov 11il, Cavidan Şükürzadə isə 10 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Nicat Bayramov tutulub, onun üzərindən satış məqsədi ilə əldə etdiyi 43 qram heroin və metamfetamin aşkar edilib.
Araşdırma zamanı Nicat Bayramovun narkotikləri tanışları Səxavət və Cavidan adlı şəxslərdən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı kimi Səxavət Məmmədov və Cavidan Şükürzadə də tutularaq istintaqa təqdim ediliblər.
Onlardan sosial şəbəkələr vasitəsi ilə satış üçün əldə etdikləri 4 kiloqramdan artıq heroin, marixuana və 28 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Samir Əli