Narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanıldı - FOTO
    • 20-02-2021, 13:10
    • 610

Narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanıldı - FOTO

Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb.

Onun üzərindən 2 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. N. Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.

Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də tutulub. Onun üzərindən və yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb N. İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində  Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.