Bir atışla hədəfini donduran silah ixtira edildi
    • 8-08-2023, 14:02
    • 185

Bir atışla hədəfini donduran silah ixtira edildi

ABŞ Hərbi Hava Qüvvələrindən 750 min dollarlıq qrant alan professor Patrick Hopkins, "hədəfi donduran" kiçik plazma lazeri hazırladığını açıqlayıb.

News24.az xəbər verir ki,  ABŞ -ın Virciniya Universitetinin professoru “hədəfi donduran” cihaz istehsal etdiyini bildirib. 
Professor Patrick Hopkins, 1997-ci ildə çəkilmiş "Batman & Robin" filmində "Cənab Freeze" adlı personajın istifadə etdiyi cihaza bənzər bir cihaz hazırladığını iddia edib.

İnkişaf etdirdiyi dondurucu şüanın lazım olduğu kimi işlədiyini deyən Hopkins cihazın əsas məqsədinin kosmik gəmilərdə və yüksək hündürlükdə uçan təyyarələrdə elektron cihazları soyutmaq olduğunu bildirib. Hopkins və komandası, ACS Nano elmi jurnalında dərc olunan məqalələrində hazırladıqları prototipin plazmanın qeyri-adi fiziki xüsusiyyətindən istifadə etdiyini və tez-tez "maddənin dördüncü vəziyyəti" adlandırıldığını bildirdi.

Aydan