-
- 16-06-2023, 16:01
- 527
Dövlət qurumlarına kütləvi haker hücumu oldu
ABŞ-ın bir sıra dövlət qurumları kütləvi kiberhücuma məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. İnfrastruktur və Kibertəhlükəsizlik Agentliyinin ((CISA)) icraçı direktorunun köməkçisi Erik Qoldşteyn, agentliyin hücuma məruz qalmış bir neçə federal quruma kömək etdiyini bildirib. CNN bildirir ki, hücumu həyata keçirən hakerlərin kim olduğu və hansı qurumların təsirləndiyi hələlik məlum deyil. Qeyd edildiyi kimi, hücum “geniş şəkildə istifadə olunan proqram təminatı”ndakı boşluqdan istifadə edilməklə təşkil edilib.
Hesabatda həmçinin göstərilir ki, iki həftə əvvəl də Amerika universitetlərinə və dövlət təşkilatlarına genişmiqyaslı haker hücumu həyata keçirilib. Məsələn, Con Hopkins Universitetində və Corciya ştatında 26 təhsil müəssisəsində kiberhücumlar qeydə alınıb.