Robert De Nironun nəvəsinin ölüm səbəbi AÇIQLANDI
    • 9-08-2023, 08:26
    • 441

Robert De Nironun nəvəsinin ölüm səbəbi AÇIQLANDI

Aktyor Robert De Nironun nəvəsi Leandro De Niro Rodrigesin ölüm səbəbi açıqlanıb. 

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Nyu York Baş Tibbi Ekspertizasının məlumatına görə, 19 yaşlı Leandro həddindən artıq dozada narkotik qəbulundan vəfat edib.

Bundan əvvəl Leandro De Niro Rodrigesə narkotik satmaqda şübhəli bilinən qadının Nyu Yorkda həbs olunduğu bildirilmişdi.

20 yaşlı şübhəli qadına qarşı hansı ittihamların irəli sürüləcəyi hələ məlum deyil. 

Qeyd edək ki, aktyorun nəvəsi iyulun 3-də dünyasını dəyişib. Bu barədə De Nironun qızı Dren məlumat verib. 
Günəş Mərd