Yeni il hədiyyələrini aparmaq istədi- Məşhur aktyorun evində OĞURLUQ
    • 21-12-2022, 13:34
    • 227

Yeni il hədiyyələrini aparmaq istədi- Məşhur aktyorun evində OĞURLUQ

Məşhur kinoaktyor, dünya ulduzu Robert de Nironun evinə oğru girib.

News24.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, polislərin yaxaladığı oğru qadın Şanis Aviles daha öncə eyni əmələ görə 26 dəfə həbs edilib. 

30 yaşlı qarətçi Nironun Şərqi Manhettenin 65-ci küçədəki mənzilinə gecə saatlarında girib. O, bayram yolkasının altındakı oyuncaqları oğurlamaq istəyərkən cinayət başında yaxalanıb.  Onun evə girdiyini də ilk olaraq Niro hiss edib. Yatmış aktyor evdən səs gəldiyini eşidib və polis çağırıb. 
Cinayətkar qadın ifadəsində oğurluq etmək istədiyi evin kimə məxsus olduğunu bilmədiyini deyib.