Bakı metrosunda qorxulu anlar - Sərnişinlər düşürüldü
    • 9-08-2023, 08:52
    • 722

Bakı metrosunda qorxulu anlar - Sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrut xətti üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb. 

News24.az xəbər verir ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. 

Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə əlavə qatar verilib.