-
- 9-08-2023, 13:30
- 400
Bulvarda skuterlərə qoyulan qadağaya niyə əməl olunmur? - AÇIQLAMA
Bakıda son illərdə skuterlərdən istifadə edənlərin sayında artım müşahidə edilir. Dənizkənarı Bulvarda skuter sürənlər insanların istirahətinə meneə yaradır. Bu səbəbdən də şikayət olduğu üçün bulvarın ərazisində skuterlərdən istifadə qadağan edildi. Lakin qadağaya hələ də məhəl qoyulmur, bulvarda sürətli skuter və velosiped sürənlərin əlindən nəinki istirahət etmək mümkün deyil.
Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, skuterlərin vətəndaşlar tərəfindən sürülməsinin əleyhinə deyil:
“Bu yaxınlarda bulvarda olarkən şahidi oldum ki, həqiqətən skuterlərin hərəkətində məhdudiyyətlər var. Amma elə etmək lazımdır ki, başqa vətəndaşlar da narahat olmasın. Həmçinin müəyyən təhlükəsizlik qaydalarına riayət edilməlidir. Skuterlərin yaratdığı problemlərin qarşısını almaq üçün onların sürücüləri təhlükəsizlik haqda düşünməlidirlər. Skuter sürücülərinin başlarında dəbilqə olmalıdır. Əgər skuteri axşam saatlarında idarə edirlərsə ön və arxa işıqları yandırmalıdırlar ki, qarşıdan gələn şəxs görsün. Sürəti isə saatda 25 km-dan çox olmamalıdır. Belə olan halda qəzalar baş versə belə yüngül xəsarətlərlə bitir. Düşünürəm ki, skuterlərin hərəkətinə birdəfəlik qadağa qoymaq doğru deyil”.
Mövzu ilə bağlı News24.az- a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva isə bildirdi ki, Dənizkənarı Bulvar İdarəsi mümkün olan bütün tədbirləri görüb:
“Qadağanedici lövhələr quraşdırılıb və artıq skuter həvəskarı özü bu lövhəyə baxıb hərəkət etməlidir. Dənizkənarı Bulvar İdarəsinin də marağındadır ki, həmin o qaydalara skuter həvəskarları riayət etsinlər. İdarənin təhlükəsizlik xidmətinin əməkdaşları yalnız olaraq xəbərdarlıq edə bilir. Yəni biz səlahiyyətimizin yol verdiyi çərçivədə bütün addımları, bütün tədbirləri görürük. Çünki ilk günlər bu qadağanı pozanlara qarşı tətbiq edilən pul cəriməsi yığışdırıldığı üçün biz yalnız tövsiyyə verə bilirik. Hətta bəzi hallarda təhlükəsizlik xidmətinin əməkdaşları skuter sürənlərə yaxınlaşıb iradını bildirəndə konfliktlər də olur. Bilirik ki, bulvar ərazisi ictimaiyyətə açıq olan böyük ərazidir. Təhlükəsizlik xidmətinin əməkdaşlarının da bir nöqtədə dayanması mümkün deyil”
Aydan Beydullayeva