Rusiyada dəhşətli partlayışda xəsarət alanların sayı artdı -  YENİLƏNİR +VİDEO
    • 9-08-2023, 15:33
    • 775

Rusiyada dəhşətli partlayışda xəsarət alanların sayı artdı - YENİLƏNİR +VİDEO

Sergiyev Posadda zavodda baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 52 nəfərə çatıb.

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, Sergiyev Posadda partlayış baş verən yerdə dağıntılar altından üç nəfər çıxarılıb, onların vəziyyəti ağırdır.

Hadisə yerində 23 təcili yardım maşını və bir helikopter işləyir.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, beş nəfər dağıntılar altında qalmış ola bilər.


15:00

Moskvanın Sergiev-Posad rayonundakı partlayışda xəsarət alanların sayı 45-ə çatıb.

Onlardan 6 nəfəri reanimasiyaya, 39 yaralı isə müxtəlif xəstəxanaların travmatologiya şöbələrinə yerləşdirilib. 

Bu saata olan məlumata görə, daha 3 yaralı dağıntılar altından çıxarılıb. 

Qeyd edək ki, sözü gedən ərazidə yerləşən optik-mexaniki zavodun pirotexnika anbarında partlayış səhər saatlarında baş verib. 

Hadisə yerinə 23 təcili yardımbriqadası, eləcə də helikopter cəlb olunub. 

Faktla bağlı cinayət işi qaldırılıb.



Sergiev Posad rayonunda yerləşən optik-mexaniki zavodda baş verən partlayışda xəsarət alanların sayı 16-ya çatıb.

News24.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.


***

Xəbər verdiyimiz kimi, Rusiyada Sergiev Posad rayonundakı optik-mexaniki zavodunda partlayış baş verib

News24.az xəbər verir ki, ilkin məlumata görə, optik-mexaniki zavodda partlayış pirotexniki vasitələrin saxlandığı anbarda baş verib. 10 nəfər yaralanıb. Onların hamısının vəziyyəti orta ağırdır.