Respublika Psixiatriya Xəstəxanasının sabiq baş həkimi məhkəməyə gətirildi
    • 9-08-2023, 13:08
    • 521

Respublika Psixiatriya Xəstəxanasının sabiq baş həkimi məhkəməyə gətirildi

Bir müddət əvvəl adı qalmaqalda hallanan Respublika Psixiatriya Xəstəxanasının Sabiq baş həkimi Ağahəsən Rəsulov Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılıb.

News24.az saytının məlumatına görə, Ağahəsən Rəsulov xəstəxananın həbsdə olan Sabiq şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesində şahid qismində dindirilib. 

Xatırladaq ki, Ağahəsən Rəsulov bir müddət əvvəl Xətai rayonu, 3 saylı Uşaq Evinin yeniyetmə sakini Məhəmməd Hacıyevin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qalmaqallı açıqlaması ilə gündəmə gəlmişdi. Rəsulov Məhəmməd Hacıyevin Ruhi xəstə olmadığı barədə açıqlama vermişdi. Hadisədən bir neçə gün sonra isə Sabiq baş həkim yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunmuşdu.

Samir Əli