Kişi şahmatçılardan ibarət Azərbaycan millisi ilk turda məğlub oldular
    • 5-03-2019, 22:14
    • 769

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi ilk turda məğlub oldular

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

News24.Az xəbər verir ki, duel Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Rauf Məmmədov Dinq Lirenə, Eltac Səfərli Vey Yiyə, Qədir Hüseynov isə Yu Yanqyiyə məğlub olub. Nicat Abbasov isə Bu Syançji ilə heç-heçə oynayıb. 

Qeyd edək ki, Azərbaycan yığması ikinci turda İngiltərə ilə qarşılaşacaq. 

Dünya çempionatı, I tur
Çin - Azərbaycan - 3,5 : 0.5
Dinq Liren - Rauf Məmmədov - 1:0
Yu Yanqyi - Qədir Hüseynov -  1:0  
Vey Yi - Eltac Səfərli - 1:0
Bu Syançji - Nicat Abbasov - 0,5:0,5

Birinci turun digər qarşılaşmaları
Hindistan - İsveç - 3.5:0.5
İran - Rusiya - 1.5:2.5
Misir - ABŞ - 1:3
İngiltərə - Qazaxıstan 2.5:1.5