-
- 9-08-2023, 13:47
- 560
Hüseyn xəstədən aldığı rüşvətdən 150 manat da mənə vermişdi - Sabiq baş həkimdən ŞOK İFADƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Respublika Psixiatriya Xəstəxanasının şöbə müdiri Hüseyn Seyidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
News24.az-ın məlumatına görə, prosesdə şahid qismində ifadə verən xəstəxananın sabiq baş həkimi Ağahəsən Rəsulov bildirib ki, Hüseyn Seyidovu iş yoldaşı kimi tanıyıb: "Ondan heç kimin narazılığı olmayıb. Xəstələr də, xəstə ziyarətçiləri də onunla normal münasibətdə idi. Gün ərzində xəstəxanaya 80-100 xəstə qəbul olunurdu. Hər şey də normal idiş hüseynlə hansısa xəstənin problem yaşadığını eşitməmişəm. Hüseynin kimdənsə pul almasından isə xəbərim olmayıb".
Şahidin ibtidai istintaqa ifadəsi ilə məhkəmə ifadəsində ziddiyyət olduğundan prosesdə onun ilkin ifadəsi elan olunub. İfadədə bildirilib ki, baş həkim Hüseyn Seyidovun rüşvət almasından xəbəri olub. Sabiq baş həkimin ifadəsində qeyd edilib ki, Hüseyn Seyidov xəstəxanada xəstələrdən rüşvət alıb: "Cinayət işində zərərçəkmiş kimi tanınan xəstələri tanıyıram, Hüseyn onlardan rüşvət alıb. Bir dəfə aldığı rüşvətdən 150 manat da mənə verib. O bir neçə nəfərdən rüşvət almışdı".
Şahid isə bildirib ki, o ibtidai istintaqa ifadə verməyib: "Mənə müstəntiq dedi ki, sən kamerada belə danışmırsan, qol çək. Mən isə çəkmədim".
Xəstəxananın arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova bildirib ki, arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb: "Mən sənədlərlə işləmişəm. Heç bir xəstə, həkimlə görüşməmişəm, kiminsə pul almasını görməmişəm".
Prosesdə ifadə verən digər şahid Könül Əliyeva isə bildirib ki, xəstəxanada tibb bacısı işləyib: "Biz xəstələrin qəbuluna baxırdıq. Gün ərzində 500 xəstə qəbul edə bilirdik. Gün ərzində 100-120 xəstə qəbul edib qeydiyyata alırdıq. Dərman təyinatını isə həkimlər verirdi. Xəstəxanada başqa səlahiyyətim olmayıb. Həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməmişəm".
Proses avqustun 23-də davam etdiriləcək.
İttihama görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidov saxlanılıb.
Onun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, faktla bağlı KQMBİ-də başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Samir Əli