-
- 9-08-2023, 15:17
- 238
"Onlar Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz"- Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin münasibətinə reaksiya verib.
News24.az xəbər verir ki, G7 ölkələri iyulda Vilnüsdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti verib.
Avropa İttifaqının (Aİ) xarici siyasət sözçüsü Piter Stano çərşənbə axşamı verdiyi açıqlamaya istinad edərək, Zaxarova deyib:
“Aİ hərbi birləşmə olmadığından, Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz”.
Zaxarova hesab edir ki, Aİ hazırda heç bir şeyə, o cümlədən blok daxilində zəmanət verə bilməz.
Rusiya sözçüsü bunun səbəbini Aİ-nin içində olduğu "siyasi və ideoloji dalan" la izah edib.
Aydan