Rusiyadan Yunanıstana XƏBƏRDARLIQ: "S-300-ləri Kiyevə VERMƏYİN, yoxsa...
    • 21-12-2022, 11:02
    • 223

Rusiyadan Yunanıstana XƏBƏRDARLIQ: "S-300-ləri Kiyevə VERMƏYİN, yoxsa..."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yunanıstanın S-300 hava müdafiə sistemlərini Ukraynaya təhvil vermə planlarını düşmən münasibət kimi qiymətləndirəcəklərini açıqlayıb.

News24.az xəbər verir ki, Zaxarova Yunanıstanın münaqişə bölgələrinə silah göndərməklə Ukraynanın törətdiyi cinayətə şərik olacağını dilə gətirib. 
 
XİN sözçüsü Kiyevə göndəriləcək hərbi texnikaların Rusiya silahlı qüvvələri tərəfindən izlənilərək məhv ediləcəyini qeyd edib.