"Bakı-Xankəndi danışıqlarını dəstəkləyirik" - Zaxarova
    • 2-08-2023, 16:23
    • 196

"Bakı-Xankəndi danışıqlarını dəstəkləyirik" - Zaxarova

“Moskva Bakı və Xankəndi arasında danışıqların başlamaq prosesini dəstəkləyir”. 

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. 

“Biz Bakı ilə Xankəndi arasında danışıqların başlanmasının tərəfdarıyıq. Rusiya heç bir ilkin şərt qoymur.  Bu mövzu maraqlı tərəflərlə təmaslarımızın gündəliyindədir. Hazırda Qarabağda olan gərginliyin aradan qaldırılmasının tərəfindəyik. - Zaxarova mətbuat brifinqində bildirib.
 
Arzu