-
- 24-12-2018, 12:38
- 973
143 gün qarın altında qalan alpinistlər - Dəhşətli olaydan 1 İL ÖTDÜ
Bu gün Xınalıq kəndindən Tufandağ istiqamətində yürüyüşə çıxan alpinistlərin itkin düşməsindən bir il ötür.
“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də 4191 metr hündürlükdə Tufandağ istiqamətində dağa qalxdılar. Sonuncu dəfə dekabrın 24-də ailələri ilə danışan gənclərlə az sonra əlaqə itdi.
Hadisədən 2 gün sonra alpinistlərin axtarışına başlanılsa da, onları uzun müddət tapmaq mümkün olmadı. Alpinistlər itkin düşdükdən düz 143 gün sonra 2018-ci il mayın 16-da tapıldı. Mütəxəssislərin qiymətləndirmələrinə görə, alpinistlər qar uçqununa düşmüşdülər.
Yanvarın 6-da Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanıldı.
Yanvarın 18-də Baş nazirin müavini Abid Şərifov açıqladı ki, məsələni Prezident nəzarətə götürüb.
Axtarışlara Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Sərhəd Xidməti, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, xarici mütəxəssislərlə yanaşı könüllü dəstələr qoşulmuşdu.
Aylarla davam edən axtarışlar nəhayət mayın 16-da nəticə verdi. Əvvəlcə saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq Babur Hüseynovun meyiti aşkar edildi. 19:00 radələrində isə Fəridə Cəbrayılzadə və Namin Bünyatovun meyitləri tapıldı.
İtkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanmışdı. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev bildirmişdi ki, bir neçə gün öncə müəyyən ipucuları tapıldı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi:
“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”.