Əsəd Ərdoğanla danışıqlardan imtina edir
    • 9-08-2023, 18:05
    • 291

Əsəd Ərdoğanla danışıqlardan imtina edir

Suriya prezidenti Bəşər Əsəd Türkiyə hərbçiləri Suriya ərazisində olduğu müddətcə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlardan imtina edib. 

News24.az xəbər verir ki, bu barədə o, “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

Əsəd türkiyəli həmkarına qarşı ittihamlar da irəli sürərək deyib ki, Ərdoğanla görüş Ankaranın müəyyən etdiyi şərtlərlə baş tutmayacaq.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə danışıqlara başlamaq ölkənin şimal rayonlarının Türkiyə tərəfindən işğalının tanınması deməkdir.

Aydan