-
- 10-08-2023, 11:20
- 323
Aİ-nin Azərbaycanda Nümayəndəliyinin əməkdaşı 1 milyon manatı necə mənimsəyib?
Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manat mənimsəməkdə ittiham olunan Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Zərifə Abbasovanın məhkəməsi keçirilib.
News24.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Əminə Əlibabayeva bildirib ki, Azərbaycanda audit aparıb: "Bank köçürmələri və maliyyə məsələlərini yoxlamışam. Audit zamanı bank əməliyyatlarında uyğunsuzluq aşkarlandı. Biz xarici auditlə məşğul olduğumuz üçün daxili audit aparmırıq. Xarici audit zamanı da nöqsanlar aşkarlandı, köçürmələrdə fərq yarandı. Ola bilsin ki bank köçürmələrində xarici valyutanın kursu səhv göstərilib, əmək haqları hesablanması düz hesablanmayıb. Bu proses də nəticədə özünü göstərib.
Proses sentyabrın 7-də davam etdiriləcək.
İttihama görə, Z.Abbasova 2008-2023-cü illərdə Aİ-nin Bakı ofisində mühasib kimi çalışıb. O, 2017-2022-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif dövrlərdə ümumilikdə 983.254 manat pulu mənimsəyib. İttihama görə, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədləri möhürləyib, onların yerinə imzalar atıb. Daha sonra nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.
Qeyd edək ki, Zərifə Abbasova barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Samir Əli