Nigerdə üsyançılar ölkə prezidentini öldürməklə hədələdi
    • 10-08-2023, 23:41
    • 265

Nigerdə üsyançılar ölkə prezidentini öldürməklə hədələdi

Niger üsyançıları ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nulanda deyiblər ki, qonşu dövlətlər devrilmiş prezidenti hərbi müdaxilə yolu ilə hakimiyyətə qaytarmağa çalışsalar, Məhəmməd Bazumu öldürəcəklər. 

News24.az xəbər verir ki, bu barədə "Associated Press" xəbər agentliyi məlumat yayıb. 

Hakimiyyəti ələ keçirən hərbçilər bunu Nulandın Nigerə səfəri zamanı səsləndiriblər.  

ABŞ rəsmisi xəbər agentliyinə bunu təsdiqləyib. Nuland bu yaxınlarda Niameydə Bazumu hakimiyyətdən devirmiş Niger hərbçiləri ilə görüşüb və ölkənin yüz milyonlarla dollar hərbi və iqtisadi yardımı itirmək riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.
Günəş Mərd