Bayden Konqresdən 40 milyard dollar istədi
    • 11-08-2023, 00:38
    • 244

Bayden Konqresdən 40 milyard dollar istədi

ABŞ prezidenti Co Bayden ABŞ Konqresindən Ukrayna üçün 13,1 milyard dollarlıq müdafiə yardımı ayırmağı xahiş edib. 

News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“9,5 milyard Ukrayna Müdafiə Nazirliyinin ehtiyatlarının artırılması, o cümlədən hərbi dəstək üçün 3,6 milyard dollar", - deyə məlumatda bildirilir.

Bayden ümumilikdə Konqresdən 40 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi istəyib. Bura ABŞ-də təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar, sərhədlərin mühafizəsi üçün isə 4 milyard dollar daxildir.

Qeyd edək ki, bundan əvvəl Baydenin avqustun 10-da ABŞ Konqresinə Ukraynaya 13 milyard dollardan çox əlavə təcili yardım göndərilməsi ilə bağlı sorğu göndərəcəyi bildirilmişdi.