-
- 11-08-2023, 01:32
- 368
Şenol Günəş "Neftçi"nin oyunundan DANIŞDI
"Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var.
News24.az Mətbuat.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
71 yaşlı mütəxəssis “Neftçi Arena”da baş tutan matçdan sonra komandasının çıxışını dəyərləndirib:
“Gözəl oyunla qələbə qazanmaq və evə üstünlüklə dönmək istəyirdik. Bunu da bacardıq. Həm oyuna hakim olduq, həm də istədiyimiz nəticəni əldə etdik. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçularımız formada deyil. Son 15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol “Neftçi”nin gücünü və əhvalını artırdı. Bizim üçün dərslər çıxarılacaq oyun oldu. Belə rəqibə qarşı mütləq ciddi yanaşmaq lazımdır. Gözəl atmosfer var idi. Arena “ağ-qara”ya bürünmüşdü. Gözəl mübarizə oldu”.
O, bir neçə ay əvvəl xeyriyyə matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”ni də müqayisə edib:
“Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.