-
- 11-08-2023, 22:32
- 227
Polşa hərbi təlimlər keçirir
Polşa ilk dəfə olaraq inteqrasiya edilmiş IBCS döyüş idarəetmə sistemi ilə MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək təlimlər keçirir.
News24.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak PAP agentliyinə bildirib.
“32-ci Taktiki Hava Bazasında “Patriot” batareyalarından istifadə etməklə və ilk dəfə olaraq IBCS sistemi ilə SOCHACZEW23 təlimi keçirilir. Təlim çoxqatlı hava və raketdən müdafiənin ən yüksək səviyyəli bütün elementlərinin inteqrasiyası ilə bağlıdır”, - o deyib.