Polşa Belarusu müharibə ilə HƏDƏLƏDİ:
    • 4-08-2023, 13:50
    • 282

Polşa Belarusu müharibə ilə HƏDƏLƏDİ: "Döyüşə hazırıq"

Polşa ordusunun generalı Marek Sokolovski bildirib ki, Belarusla sərhəddə polşalı helikopter pilotları silahdan istifadə etməyə və döyüşə hazırdırlar.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Sokolovski qeyd edib ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak “narahatedici hadisələr” baş verərsə, döyüşə hazır və silahlanmış döyüş helikopterlərini Belarusla sərhədə köçürmək qərarına gəlib.

General əlavə edib ki, helikopterləri təcrübəli pilotlar idarə edir və təhlükə yarandıqda silahı sınaqdan keçirməkdən çəkinməyəcəklər. Onların arxasında Əfqanıstanda qazanılan döyüş təcrübəsi dayanır.

Qeyd edək ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Belarus helikopterlərinin ölkənin hava məkanını pozduğunu bildirib. Polşa Müdafiə Nazirliyi bunu “NATO-nun şərq cinahına” qarşı məqsədyönlü təxribat adlandırıb.
 
Arzu