Polşa və Belarus ordularını sərhədə yığdı - Müharibə olacaq?
    • 3-08-2023, 17:57
    • 263

Polşa və Belarus ordularını sərhədə yığdı - Müharibə olacaq?

Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə silahdan istifadə etməyə hazırdırlar.

News24.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Marek Sokolovski milli müdafiə naziri Mariuş Blaşçak ilə görüşdə bildirib.

Onun sözlərinə görə, dünən Polşa Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri Polşa-Belarus sərhədi ərazisinə yerləşdirilib.

"Sərhəddə təhlükəli hadisələr baş verərsə, helikopterlər silahlıdır və döyüşə hazırdır",- deyə general bildirib.

General qeyd edib ki, bu helikopterlərin pilotları Əfqanıstanda döyüş təcrübəsinə malikdirlər . “Onlar təcrübəlidirlər və təhlükəli bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməyəcəklər".

Aydan