DTX xüsusi əməliyyat keçirdi- VİDEO
    • 12-08-2023, 00:40
    • 289

DTX xüsusi əməliyyat keçirdi- VİDEO

Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlu qeyri-leqal yolla ölkə ərazisinə keçib.

News24.az Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb.

Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.

Kamran Züflüqarov dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində “Xalid dayı” dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.

“Kamran Zülfüqarov İŞİD-in tərkibində olduğu vaxt törətdikləri cinayətlərdən də danışıb”.
 
Ətraflı RTV-də: