-
- 11-10-2019, 15:24
- 1 184
Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terrorçu dəstə zərərsizləşdirildi - DTX - VİDEO
Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin kompleks mübarizə tədbirləri davam edir.
News24.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.
Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistan İslam Respublikasında saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasına ekstradisiya edilib.
Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
Davam edən araşdırmalarla, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar.
Həmçinin beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.
Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidməti bir daha Azərbaycan Respublikasının vətəndaşlarını hər hansı formada qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəkləri barədə xəbərdarlıq edir və radikal dini ideoloji təsir altına düşmüş vətəndaşları belə qanunsuz silahlı birləşmələrə qoşulmamağa çağırır.