Havay adalarında yanğında ölənlərin sayı artdı  -YENİLƏNDİ
    • 12-08-2023, 15:37
    • 206

Havay adalarında yanğında ölənlərin sayı artdı -YENİLƏNDİ

Havainin Maui adasında Cümə günündən başlayan meşə yanğınlarında indiyədək 80 nəfər ölüb.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

O da bildirilib ki, sözü gedən təbii fəlakət 1960-cı ildən sonra baş verən və adanın tarixində ən böyük itkiyə səbəb olan hadisədir.

Fərid

11:26

ABŞ-ın turizm cənnəti olan Havay ştatının Maui adasında baş verən meşə yanğınlarında vəziyyət getdikcə ağırlaşır.

News24.az xəbər verir ki, Ada səlahiyyətliləri tərəfindən edilən açıqlamada yanğınlarda həyatını itirənlərin sayının 67-yə yüksəldiyi açıqlanıb.

Yanğınının hələ də davam etdiyi, lakin 85 faizinin nəzarət altında olduğu bildirilib. Adada baş verən digər iki meşə yanğınından birinin yüzdə 80, digərinin isə yüzdə 50-nin nəzarət altına alındığı öyrənilib. Alovla mübarizə üç fərqli nöqtədə davam edir.

Qeyd edək ki, Maui Adasında çərşənbə axşamı başlayan meşə yanğınları Dora qasırğasının təsiri ilə tədricən yayıldığı üçün 14 mindən çox turist təxliyə edilib. ABŞ prezidenti Co Bayden Havay adalarını fəlakət bölgəsi elan edərək adaya federal yardımın yolunu açıb.

Aydan