Əlcəzairdəki meşə yanğınları: 15 ölü, 26 yaralı
    • 24-07-2023, 17:06
    • 122

Əlcəzairdəki meşə yanğınları: 15 ölü, 26 yaralı

Əlcəzairin müxtəlif şəhərlərində davam edən meşə yanğınlarında 15 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Əlcəzair Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən gecə saatlarından etibarən 16 şəhərin 97 fərqli nöqtəsində meşə və əkinçilik sahələrində, kəndlərdə yanğınlar başlayıb. 

Açıqlamada qeyd olunub ki, sözügedən yanğınlarda indiyədək 500 nəfər təxliyə edilib. 

Qeyd edək ki, Əlcəzairdə təxminən bir aya yaxındır ki, rekord istilər var. Havanın temperaturu paytaxtda 48, digər bölgələrdə isə 50 dərəcəyə çatır.

Nərmin Murad