Maştağa sakininin avtomobilindən “Kalaşnikov” aşkarlandı - FOTO
    • 6-03-2019, 13:33
    • 856

Maştağa sakininin avtomobilindən “Kalaşnikov” aşkarlandı - FOTO

Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağə və 26 ədəd parton aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilinndə saxladığını bildirib.

Faktla bağlı R.Həsənov barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.