-
- 12-08-2023, 17:32
- 516
Dünyadakı inflyasiya manata təsir etməyəcək - ŞƏRH-VİDEO
Dünyada infilyasiya baş alib gedir. Qonşu dövlətlər Rusiya ve Türkiyənin pulu dəyərini itirib. Bu infilyasiya qlobal bahalaşmanin olacağından xəbər verirmi?
Mövzu ilə bağlı News24.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki,Türkiyədə və Rusiyada milli valyuta çox ciddi şəkildə dəyərdən düşü:
"Türkiyədə baş verən dəyişiklik ölkədə ciddi islahatlara başlanması ilə əlaqəlidir. Çünki prezidet Ərdoğanın yeni komandası Türkiyəni bu böhrandan çıxarmaq üçün çox ciddi islahatlara başlayıb. Bank faizləri yüksəlir deyə lirə müəyyən qədər dəyərdən düşüb. Bu müvəqqəti haldır. Türkiyə üçün ümumiyyətlə müəyyən qədər iqtisadi stabilliyi bərpa etmək üçün bir, iki il vaxt lazımdır".
Onun sözlərinə görə, Rusiyanın da valyutası dəyər itirib və itirməkdə də davam edəcək. Bu proses hələ uzun müddət davam edəcək. Nə vaxta qədər Rusiya-Ukrayna nmüharibəsi davam edəcəksə, rublda bir o qədər dəyər itirəcək:
"Qonşu ölkələrdə baş verən infilyasiyanın Azərbaycanın milli valyutasına çox təsir edəcəyini düşünmürəm. Milli valyutanın dəyərinin düşməyi üçün neftin qiymətində ciddi dəyişikliklər baş verməlidirBu da baş vermir. Əksinə Azərbaycan neftində ucuzlaşma yox, bahalaşma baş verir.
Lirənin və rublun uzun müddət dəyərdən düşməyi təbbi ki, Azərbaycana təsir edə bilər. Hələ ki, belə bir şey gözlənilmir mənim fikrimcə"- deyə deputat yekunlaşdıdı
Mövzu ilə bağlı News24.az-a danışan millət vəkili Vüqar Bayramov bildirdi ki, Rusiya və Türkiyə milli valyutalarının dəyər itirməsi proqnozlaşdırılan bir proses idi:
"Nəzərə alsaq ki, Rusiyaya qarşı sanksiyalar var və Türkiyədə də investisiyanı Türkiyəni cəlb etməsi xarici valyutaya tələbi artırmışıdı. Bu da özünü sözsüz lirənin məzənnəsində göstərdi. Amma bütün bunlarla yanaşı, biz, xüsusən inkişaf etmiş ölkələrdə inflyasiya səviyyəsinə diqqət yetirsək, 2022-ci illə müqayisədə azalmalar var. Bu da təbii ki, Rusiya-Ukrayna müharibəsininistehlak bazarına təsirlərinin minimumlaşdırılması ilə bağlıdır. Amma buna rəğmən yenə də qlobal istehlak bazarında qiymətlər yüksəkdir".
Deputat qeyd etdi ki, əvvəlki illə müqayisədə inflyasiya səngiyib, amma yenə də yüksəkdir:
"Azərbaycanda da inflyasiya səviyyəsi 12 faiz dən çoxdur və bunun da əhəmiyyətli hissəsi idxal inflyasiyasıdır. Yəni digər ölkələrdə baş verən qiymət artımının Azərbaycanda istehlak bazarında idxal yolu ilə təsirdir. Ona görə də bir tərəfdən həm idxal inflyasiyasına təsiri minimumlaşdırılması ilə bağlı işlərin davam etdirilməsinə ehtiyac var".
V.Bayramovun sözlərinə görə, ən mühüm məqam yerli istehsalın genişləndirilməsidir. Yerli istehsalın artırılması birmənalı şəkildə qiymətlərin daha strateji, yəni uzunmüddətli dövrdə optimallaşdırılmasına və aşağı düşməsinə gətirib çıxara bilər və təbii ki, daxili bazarın tələblərinə uyğun olaraq mütəmadi olaraq müddətli idxalda vergi güzəştlərinin tətbiqinin davam etdirilməsi də vacibdir:
"Bu, xüsusən də idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılması baxımından vacibdir. Bu baxımdan antiinflyasiya tədbirləri təbii ki, yenə də aktualdır və bu istiqamətdə işlərin genişləndirilməsinə ehtiyac var ki, Azərbaycan bir rəqəmli infilyasiya ilə hədəfə nail ola bilsin".
Aydan Beydullayeva