-
- 31-07-2018, 13:45
- 1 747
Növbəti devalivasiya gözlənilirmi? – EKSPERT DANIŞDI
Qonşu ölkələrdə dolların qalxması artıq bizə bir siqnaldır. Azərbaycanı növbəti devolvasiya təhlükəsi gözləyirmi?
İqdisatçı ekspert Natiq Cəfərli News24.az saytına verdiyi açıqlamada bildirib ki, milli valyutalar dəyərdən düşürsə, bu ümumi ticarət əlaqələrini ciddi təsir göstərir.
“Türkiyədə də lirənin dəyərdən düşməsi prosesi sürətlənir. Rusiyada da bu ilin əvvəlindən rublun 7% dəyərdən düşməsini müşahidə etdik. Eyni zamanda Qazaxıstanda, Türkmənistanda və digər qonşu ölkələrin əksəriyyətində bu prosses getməkdədir. Amma hələlik manat sabitdir. Manatın məzənnəsi inzabati qaydada tənzimlənir. Bu məzənnə rejimi deyil artıq, bunu mərkəzi bank da etiraf etdi. Birbaşa asılılıq neft qiymətləri ilə bağlıdır. Neftin qiyməti hələki kifayət qədər komfortludur. 75 dollar civarındadır. Bu səviyyələrdə manatı saxlamaq neft qiymətləri ilə mümkündür. Amma milli valyutalar dəyərdən düşürsə ümumi ticarət əlaqələrini ciddi təsir göstərir. Kəskin devalivasiyanınn olması üçün, hələlik heç bir zəmin yoxdur. Bu da birbaşa neftin qiymətlərindən asılıdır. Neftin qiymətində ciddi dəyişiklik olarsa, yəni ucuzlaşarsa o zaman öz təsirini göstərəcək”.
Elvin Nüsrətoğlu