Polis şöbəsində özünü DOĞRADI
    • 9-08-2023, 21:47
    • 145

Polis şöbəsində özünü DOĞRADI

Xəzər rayonunda yerləşən "Qala” stansiyası ərazisində saxlanlan şübhəli şəxs qollarını şüşə ilə doğrayıb. 

News24.az Qaynarinfo-ya istinadla  xəbər verir ki, hadisə avqustun 8-də, saat 12:00 radələrində baş verib. 
Belə ki, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Sakit (şərti) "Qala” stansiyası ərazisində özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıblar. Lakin Sakit qaçmağa cəhd edib, polisin əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb, onlara qarşı tabesizlik göstərib.

Daha sonra saxlanılaraq Xəzər rayon Polis İdarəsinə aparılan Sakit orada şüşəni sındıraraq, özünə xəsarət
yetirib.  

Məhkəmənin qərarı ilə Sakit İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və  barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.