Yanğın zamanı xəsarət alanlardan 3-ü evə təxliyə olundu
    • 6-03-2019, 14:24
    • 1 080

Yanğın zamanı xəsarət alanlardan 3-ü evə təxliyə olundu

Bakıda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğın nəticəsində xəsarət alan yaralılardan 3 nəfər evə buxarılıb.

Bunu News24.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O qeyd edib ki, hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 nəfər müalicəsini davam etdirir: “Yanğı zamanı xəsarət alan 5 nəfərdən 3-ü evə buraılıb. Hazırda 2 xəstə isə müalicəsini davam etdirir. Vəziyyətləri də stabildir. Yəqinki onları da sabah evə buraxacaqlar”. Qeyd edək ki, Bakıda məcburi köçkünlərin yataqxanasında baş vermiş yanğın nəticəsində 2 nəfər dünyasını dəyişib. 8 nəfərə isə hadisə yerində yardım göstərilib. 14 nəfər 1 saylı Klinik Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan 5 nəfəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, yerdə qalanlara yerində tibbi yardım göstərilib.

Sevinc YASİNQIZI